Masallıda “Birlikdə daha yaxşı yaşayış üçün”- adlanan Beynəlxalq Form və təlimin açılışı oldu
29 Avqust 2013-cü il tarixdə Masallı Otelinin konfrans zalında “Gənclər Fəaliyyətdə” Proqramının maliyə dəstəyi ilə ADTGT-nin həyata keçirdiyi yeni layihə “Birlikdə daha yaxşı yaşayış üçün”- adlanan Beynəlxalq Form və təlimin açılışı oldu.
Tədbirdə Şərq tərəfdaşlığı Pəncərəsinə uyğun Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus , Polşa, İtaliya, Yunanistan, Türkiyə, Bolqaristan, və Rumuniya ölkələrindən 28 gəncin və eləcədə Masallı gənclərinin iştrak etdiyi Beynəlxalq forum və təlimini giriş sözü ilə açan ADTGT-nin sədri Asif əsgərli çıxış edərək layihənin ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələri, ŞT Platforması çərçivəsində gənclərin əməkdaşlığı təşəbbüsünün , Azərbaycanın, onun gənclər siyasətinin təbliğ olunması eləcədə imicinin yüksəlməsi sahəsində rolunun yeksək olduğunu bildirdi.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, son illər Azərbaycanda gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin müstəsna rolu danılmazdır. Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlər yeni səviyyəyə yüksəldilmişdir.
Tədbir 04 sentyabr 2013-cü il tarixə kimi davam edəcək.