Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini- futbol üzrə rayon birinciliyinə yekun vuruldu

21 avqust 2018 | 16:00

21 avqust 2018-ci il tarixdə Ərkivan qəsəbə Mərkəzi futbol meydançasında  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 komandanın iştrakı ilə   rayon futbolunun  inkişafında əməyi olan mərhum Məmmədov Rafiz Mirzəxan oğlunun xatirəsinə həsr olunmuş kişilər  arasında mini- futbol üzrə rayon birinciliyinə yekun vurulmuşdur.

              Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 komanda qələbə uğrunda mübarizə aparıb.
       Birinciliyin yekun nəticələrinə əsasən Ərkivan qəsəbəsinin  “Ərkivan V”  komandası birinci , Çaxırlı kəndinin  komandası ikinci  yeri tutub.
Yarışın mükafatlandırma mərasimində  tədbiri giriş sözü ilə kənd ziyalısı Məmmədağa Sadıqov açaraq   tədbir iştrakçılarını və qonaqları salamlamış və bu yarışın keçirilməsində əməyi olan bütün insanlara öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək  Ölkədə aparılan idman siyasətindən və cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Tədbirdə Vetiran idmançı Həbib Mehtiyev çıxış edərək idmançıları təbrik etmiş onlara gələcək işlərində uğurlar aruzulamışdır. Sonra ölkəmizdə, o cümlədən rayonumuzda  idmanın inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb
Daha sonar tədbirdə mərhum idmançı  Rafiz Məmmədovun sinif yoldaşı və dostu Etibar Cabbarov çıxış edərək  mərhum idmançı  Rafiz Məmmədovun keçimiş həyt yolundan  söz açaraq bildirmişdir ki, Rafiz Məmmədov ömrünü rayonda futbolun inkişafına həsr etmiş bir insan olmuşdur.
Sonda  Tədbirdə  mərhum idmançı Rafiz Məmmədovun qardaşı Mehman Məmmədov çıxış edərək bu yarışın keçirilməsində Rayon Gənclər və İdman İdarəsinə öz dərin minnətdarlığını bildirdi.
Sonda Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubok, sponsorlar tərəfindən isə pul mükafatı ilə mükafatlandırılmışdır.

Keçidlər