Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə!

28 avqust 2018 | 16:00

Masallının yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq

Yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan diametri 1020 millimetrlik “Astara-Qazıməmməd” magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi, həmçinin futlyarın quraşdırılması zərurəti ilə əlaqədar avqustun 28-i tarixindən etibarən 3 gün müddətində təmir işləri aparılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, zəruri təmir işləri ilə əlaqədar Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Keçidlər