Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir

28 avqust 2018 | 16:00

28 avqust 2018-ci il tarixdə Masallı şəhər Ağsaqqallar Klubunda Məhərrəmlik mərasimlərinin təşkili və qarşıdan gələn Aşura günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Masallı Rayon Ağsaqqllar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bölgə şöbələrinin əməkdaşları, dini icma nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbirdə Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Prezident təqaüdçüsü Şirvan Əbilov, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, səhiyyə işçiləri Ağsaqqallar şurasının sədri Zabit Talıbov, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov və başqaları keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsinə toxunaraq təklif və tövsiyələrini səsləndiriblər.
Çıxışlarda qeyd  olunub  ki,  Aşura  mərasimləri,  mövcud  qanunvericiliyə əsasən,  məscidlərdə,  ibadət  ocaqlarında və onlara  aid  ərazilərdə  ictimai  asayiş  qaydalarına  riayət  olunmaqla  keçirilməlidir.

Keçidlər