Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

05 sentyabr 2013 | 15:00

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

 Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır.

 Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir.

 Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır.

 Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

Keçidlər