Fermerlər Şurasının fəalıiyyət istiqamətləri
03 sentyabr 2018-ci il tarixdə Masallı Dövlət Aqrar-İnkişaf Mərkəzinin akt zalında "Fermerlər Şurasının fəalıiyyət istiqamətləri" mövzusunda tədbir keçirilmişdir.
Masallının rayonunun ayrı-ayrı ərazilərindən gəlmiş fermerlər tədbirə dəvət edilmişdir.
Tədbiri Masallı Dövlət Aqrar-İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev açmış, fermerlər şurasının fəaliyyətinin təmin edilməsi üçün Nazirliyin bu istiqamətdə olan tapşırıqlarını diqqətə çatdırmış, rayonda yaradılmış Fermerlər Şurasının fəaliyyəti haqqında ictimaiyyəti maarifləndirmək, onların işinə əməli kömək göstərilməsi barədə məlimat vermişdir. S. Nuriyev fermerlərin mövcud problemlərinin öyrənilməsi, ictimai nəzarətin həyata keçirilməsi, subsidiyaların verilməsində şəffaglığın təmin olunması, aqrar sahədə problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflər verilməsinə diqqət çəkmişdir.
Sərçuvardan Fərasət Mikayılov və Həbib Abıyev, Ərkivandan Adil Abdullayev, İnqilab Quliyev, Hüseynhacılıdan Aşur Mahmudov, Təklədən Yavər İsmayılov, Yusif İbrahimli, rayon Baytarlıq İdarəsinin rəisi İsabala Əliyev, Xırmandalıdan Səlimə Əhmədova, Xanaliondan Mirqasım Bağırov, Kolatandan Etibar Sadıqov və başqaları çıxış edərək, bu sahədəki çətinliklərdən, kənd təsərrüfatının inkişafı üçün ayrılmış kreditlərin faizlərinin aşağı salınmasından, hüquqi tənzımləmənin həyata keçirilməsindən söhbət açmış, fermerlərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermiş, müraciətlər etmişlər.
Daha sonra görüşdə iştirak edən fermerləri maraqlandıran suallar cavablandırılıb.