Şriftin ölçüsü :

Saytın rəngi :

" Uşaq təbiəti və təbiət" mövzusu

05 sentyabr 2018 | 16:00

" Uşaq təbiəti və təbiət" mövzusu ilə bağlı fidan balaların təbiətə olan münasibətini və təbiətlə bağlı fikirlərini,kiçik düşüncələrini dinləmək, təbiəti onlara sevdirmək , təbiəti qorumaq üçün Masallı Tarix Diyarşünaslıq muzeyin əməkdaşları Masallı şəhər 1 saylı, 3 saylı və 4 saylı Körpələr evi və Uşaq baxçalarında oldular. İstər canlı təbiətdə,istər fotolarda təbiətin gözəlliyini uşaqlar öz düşüncələri ilə bildirdilər.Kimi topla oynamağı,kimi ağac əkməyi,kimi torpağı qorumağı,kimi meyvələrin sevməyini.kimi nə edəcəyini bildirdilər.
Bəli, uşaqlar təbiətlə təmasda olduqca,onlarda gördükləri və öyrəndikləri şeylər qarşısında heyranlıq duyğusu yaranır
Uşaqlar kiçik yaşlarından təbiəti tanımalı, sevməlidir ki, gələcəkdə təbiətlə bağlı problemləri bilməli və həllini tapmalıdır.
Ətraf və təbiətə əhəmiyyət verən,sağlam, yaradıcı nəsil yetişdirmək üçün uşaqların ətraf aləmlə-təbiətlə əlaqələri hər zaman diqqətdə saxlamaq lazımdır.

Keçidlər