Masallıda “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə
05 sentyabr 2018-ci il tarixdə “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılb.
Tədbirdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.
Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.
Qeyd olunub ki, hər bir xalqın adət və ənənələri onların mənsub oolduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişiliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.
Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərinin azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.
Diqqətə çatdırılıb ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir.
Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir.
Müsəlman dünyasında Məhərrəm ayının başlanması və ”Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının “Fətva” verdiyini bildirən Komitə sədri Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayyət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənələrimizə sadiq olublar.
Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib.
QMİ-nin Qazilər Şurasının “Fətva”sı barədə məlumat verən bütüb Qafqazın Şeyxi “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını, dindarların ayıq-sayıq olmalarını tövsiyə edib.
Tədir iştirakçıları rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət və ənələrimizə ciddi riayyət olunduğunu bildirib.
Müzakirlər zamanı dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayyət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Seminar-müşavirənin sonundda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Nəriman Əliyev, Prezident Administrasiyasının məsul iişçisi Dəyanət Abdullayev iştirak ediblər.
Tədbir iştirakçıları Masallı şəhərindəki “Cümə” məscidi dini icmasının fəaliyyəti ilə tanış olublar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.