Xıl tərəvəzbecərənlərinin uğuru
07 sentyabr 2018 | 16:00
Xıl kəndi ərazisindəki tərəvəz tarlalarında məhsul yığımı davam edir.
Ərazidə hər biri 6 hektar olmaqla badımcan və bibər əkilmişdir. Hazırda tarlaların məhsulu yığılıb Bakı yarmarkalarına, yerli ticarət təşkilatlarına göndərilir.
Ərazidə 6 hektarda becərilən kələm yığılıb satılmışdır. Sonradan sahələr şumlanmış, növbəti ilin əkini üçün möhkəm bünövrə hazırlanmışdır.