Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı toplantı

08 sentyabr 2018 | 16:00

08 sentyabr 2018-ci il tarixdə Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə şöbələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı toplantı keçirilib.

Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq - mühafizə orqanlarının əməkdaşları, dini icmaların və bələdiyyələrin sədrləri, ərazi nümayəndələri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov qeyd edib ki,
ə sası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün ölkəmizin inkişafına böyük töhfə verib. Dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi, respublikamızda müxtəlif millətlərin, dini konfessiyaların dinc yanaşı yaşaması buna bariz nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır. H umanizm və bəşəri ideyaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamışdır. 
Məhərrəmlik ayının başlaması ilə əlaqədar keçirilən dini mərasimlərə ciddi nəzarət edilməsinin vacibliyini vurğulayaraq, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunub, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri bu görüşün ölkəmizdə həm dini, həm də siyasi sahədə çox aktiv bir dövrə təsadüf etdiyindən danışaraq bütün dindarları bu mərasimlər vaxtı diqqətli olmağa çağırıb. Sözçü diqqətə çatdırıb ki, İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, bu istiqamətdə təbliğ olunmalıdır.
Tədbirdə QMİ-nin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, DQİDK - nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, din xadimi Əfraim Xəlilov, rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Fuad Əliyev çıxış ediblər.
Çıxışçılar müqəddəs aylardan olan Məhərrəm ayının Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi ay olduğunu diqqətə çatdırmış, əzadarlıq məclislərində zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkilini humanist ənənə kimi dəyərləndirmiş, dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövlət mənafelərimizi uca tutmağa səsləmişlər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çeniş və hərtərfli nitqi ilə yekunlaşdırıb. Rayon rəhbəri bildirb ki,  İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, Qarabağ şəhidləri, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, təbliğ olunmalıdır.

Keçidlər