SƏMIDXAN ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL
12 sentyabr 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Səmidxan ərazisində keçirilmişdir.
Səmidxan ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinə cəlb etmişdir. Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, qaz çəkilişindəki uğurlardan, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır.
Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Nizami Həsənov, Akif Həsənov, Şükür Məmmədov, Rahim Əliyev, Həzrətqulu Həsənov və başqaları çıxış edərək qeyd etmişlər ki, respublikamızın bölgələrinin inkişafı ilə bağlı tədbirlər bizim Masallı rayonunda da uğurla həyata keçirilir. Bu gün Masallı rayonu infrastruktur layihələrinin reallaşdırıldığı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn tədbirlərin keçirildiyi böyük məkana çevrilib.
Sakinlər Masallıdakı, kənddəki abadlıq-quruculuq işlərinə, xüsusən qaz xəttinə, 10-dan çox kəndləri biri-birinə birləşdirən Eminli-Birinci Səmədxanlı, bizim kənd yollarının əsaslı şəkildə yenidən qurulmasına, tikintisinə göstərdiyi diqqətə və qayğıya görə kənd əhalisi adından ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər
Təklif və müraciətlər səsləndirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını bildirmişdir.