Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi
16-17 sentyabr 2018-cı il tarixlərdə Masallı Cüdo Təlim Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə həsr olunmuş Cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Yarışın əsas məqsədi Rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur.
10 çəki dərəcəsində 80 nəfər yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən Yarış olduqca gərgin mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.