Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Masallı Regional Boks Mərkəzinin açılışında iştirak etmişdir

05 sentyabr 2013 | 15:00

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

 Məlumat verildi ki, boks mərkəzinin təməli 2012-ci ilin əvvəlində qoyulmuşdur.

 Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılmışdır.

 Dövlət başçısı boks zalı ilə tanış oldu.

 Məlumat verildi ki, burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar vardır. Mərkəzdə müxtəlif treninqlər və digər tədbirlər keçiriləcəkdir.

Keçidlər