Masallıda “Erkən nikah-uğursuz gələcəyin təməli” mövzusunda dəyirmi masa
28 sentyabr 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında erkən nikah halların qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə “Erkən nikah-uğursuz gələcəyin təməli” mövzusunda dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq gənclər arasında erkən nikah halları ilə mübarizə istiqamətində keçirilən bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki,bu gün Azərbaycanda zərif cinsin yaşadığı problemlərdən biri də qızların erkən ərə verilməsidir. Erkən nikahların bağlanmasına daha çox valideynlər səbəb olur, bu nikahlar çox nadir hallarda qızlarla oğlanların öz təşəbbüsü ilə baş tutur. Ona görə də erkən nikahı çəkinmədən qızlar üzərində ailə basqısı adlandırmaq olar.Bu səbəbdən də cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğat –təşviqat işlərinə ciddi ehtiyac vardır.
Tədbirdə Masallı rayon Təhsil Şöbəsinin metodisti Ə.Balaşzadə ,Rayonun fəal gənclərindən, T.Əhmədov və başqaları bildiriblər ki, erkən nikahların səbəblərindən biri də biliksizlikdir. Erkən nikahlara girmiş qızlar çox vaxt orta məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə sosial təcridinə səbəb olur.
Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.