Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda prokurorluq işçilərinin peşə bayramı və 100 illiyi qeyd olunub

01 oktyabr 2018 | 16:00

01 oktyabr 2018-ci il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına və 100 illiyinə həsr olunmuş toplantı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdi. O, qeyd tdi ki, hər il oktyabrın 1-də prokurorluq əməkdaşları və eləcə də respublikanın hüquq-mühafizə ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını təntənəli şəkildə qeyd edir. Bu il isə bu bayramın mahiyyəti daha da önəmlidir. Çünki müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın Cümhuriyyətinin hüquq-mühafizə sistemində düz 100 il bundan öncə prokurorluq orqanları yaradılmışdır. Məhz həmin vaxt, yəni Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması müstəqil bir dövlət təsisatı olan Azərbaycan Prokurorluğunun yaranması və fəaliyyətə başlaması kimi tarixə düşmüşdür. Bu günün təntənəli şəkildə qeyd olunmasında isə bir Ümummlli lider Heydər Əliyevə borcluyuq. Məhz xalqımızın ümummilli liderinin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə yuxarıda qeyd edilən tarix əbədiləşdirilmiş və hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır.
Ümummilli liderin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də qanunun aliliyinin keşiyində dayanan hüquq mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir.
Sonra Masallı rayon prokuroru Allahverdi Novruzov məruzə ilə çıxış etdi. O, bildirdi ki, Məhz Azərbaycan Prokurorluq sisteminin qabaqcıl dəstələrindən olan Masallı rayon prokurorluğu da qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında əhali arasında hüquqi təbliğatın aparmasında önləyici tədbirlər ğörülməsində böyük işlər görür. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaratmışdır. Masallı rayon prokurorluğu bundan sonra da  digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı kəskin, barışmaz mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində daha da fəal olacaqlar.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi,  polis  polkovniki   Habil Əmiraslanov, şəhər 2 nömrəli məktəbin direktoru Mehriban Əziozova, rayon veteranlar şurasını sədri Məmmədağa Şiriyev və Öncəqala ərazi nümayəndəsi Xudayar Həsənovv başqalaı çıxış edərək qeyd etdilər ki, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, ümummilli liderin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Tədbirin sonunda prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər