Şriftin ölçüsü :

Saytın rəngi :

Tüklə kəndinin əməksevər camaatından biri - çəltikçiTəbib Mehdiyev

02 oktyabr 2018 | 16:00

Tüklə kəndində Təbib Mehdiyev torpağa könül verən fermerlərdəndir. Bu il 25 hektarda çəltik yetişdirən Təbib əkdiyindən yaxşı nəticələr qazanmaq üçün böyük zəhmətə qatlaşıb.
Çəltiyin canı sudur, deyirlər. O da bəndlərin suyunu bicarlığa mütəmadi səmtləşdirmiş, məqsədinə nail olmuşdur.
Tüklə bələdiyyəsinin sədri Eyvaz İmaməliyevdən aldığımız məlumata görə əmək adamı bir neçə gündür ki, çəltik biçininə başlamışdır.
Aqrolizinqdən gətirdiyi kombaynla 20 hektar sahədə biçini başa çatdırıb. Hər hektardan 5 ton məhsul götürüb.

Keçidlər