Kollecdə müəllim günü ovqatı yaşandı
Cəmiyyətin maraqları, insanların yüksək intellektli, elmi, biliyi, Vətənə sevgimiz, mənəvi dəyərlərimiz müəllim səviyyəsi, şəxsiyyəti ilə tənzimlənir. Masallı Dövlət Kollecinin keçirdiyi Müəllim Günü tədbirində yuxarıdakı fikirlər vurğulandı, Masallı müəllimlərinə, onların qabaqcıl dəstələrindən olan kollecin pedaqoji kollektivinə təbrikləri səsləndi.
4 oktyabr 2018-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru, “Tərəqqi” medallı, Vidadi Nəzərov, ilk növbədə təhsil ocağını Azərbaycan Prezidenti cənab İlham Əliyevin masallılara töhfəsi kimi qiymətləndirib ona minnətdarlıq etdi.
V. Nəzərov işində fərqlənən bir qrup müəllim və tələbəyə Fəxri fərmanlar təqdim etdi.
“Masallı Ziyalıları” İB-nin sədri “Tərəqqi” medallı Qardaş Fətullayev, Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müəllimləri təbrik etdilər.
C.Manafov tələbələrə Fəxri fərmanlar təqdim etdi.
Müəllim gününə həsr edilmiş məruzə ilə çıxış edən kollecin müəllimə Ülkər Əliyeva kollektivin uğurlarından danışdı.
Müəllimlərin peşə bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya ifa edildi.