Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı

08 oktyabr 2018 | 16:00

   08 oktyabr 2018-cİ il tarixdə Masallı rayonunun Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anılmışdır.

   İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
  Tədbirdi ilk sözü ilə Xıl kənd orta məktəbinin müəllimi Səadət Əliyev açmışdır. O, Milli Qəhrəmanın müəllimi kimi onun uşaqlıq və gənclik illərindən xatirələr söyləmişdir.
   Milli Qəhrəmanın və Azərbaycanın bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbir iştirakçılarını salamladı. Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan icra hakimiyyəti başçının müavini bildirdi ki, Elşad Hüseynovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi, abidəsinin yaradılması və s. bu qayğının nəticəsidir. A.Qafarova Milli Qəhrəmanın minlərlə insanın qürur hissi olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırdı. Rayon rəsmisi Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirmişdir.
  Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 8 oktyabr 1960-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir. 1979 - 1981 -ci illərdə qonşu Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərind ə DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
1991-ci ildə E.Hüseynovun ilk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində olmuşdur. Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 1992-ci il, iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E.Hüseynov qəfil düşmən gülləsinə tuş gəldi...
Ailəli idi üç övladı var.
1992-ci il 8 oktyabr tarixində Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Elşad Hüseynov Masallı rayonu Xıl kəndində dəfn edilmiş, kənddə büstü qoyulmuşdur. Masallı şəhərinin küçələrindən birinə Milli Qəhrəmanın adı verilmişdir.
Tədbirdə çıxış edən Masallı RTŞ-nin müdir müavini Samit İslamov, Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov, Milli Qəhrəmana poema həsr etmiş  şair Tahir Heydərli, Milli Qəhrəman Elşad Hüseynovun qardaşı Həbib Eynullayev və başqaları şəhidin həyat və fəaliyyətindən danışmış, döyüş yolundan misallar gətirmiş, mənalı ömrünü gənclık üçün örnək olduğunu bildirmişlər.
Çıxış edənlər  Milli Qəhrəman E.Hüseynovun Masallı şəhərində adına verilmiş küçənin abadlaşdırılması tədbirlərinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçı cənab Rafil Hüseynova minnətdarlıq ifadə etmişlər.
Tədbirdə Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında E.Hüseynova həsr olunmuş ədəbi – bədii kompozisiya səslənmişdir.

Keçidlər