Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA YÜKSƏK BAL TOPLAYAN TƏLƏBƏLƏRƏ GÖRÜŞ

11 sentyabr 2013 | 15:00

10 sentyabr 2013-cü il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında Masallı rayonu üzrə 2013-2014-cü tədris ilində ali məktəblərə 500-dən yuxarı bal toplayan tələbələrlə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyytinin başısı Rafil Hüseynov tədbir iştirakçılarını salamladı və tədbirdə iştirak edən tələbələrlə görüşməsinə görə məmnunluq ifadə etdi. Sonra rayon Təhsil şöbəsinin müdiri Astan İbişov - 500-dən yuxarı bal toplayan tələbələri tədbir iştirakçılarına təqdim etdi.

Tədbirdə iştirak edən Milli Məclisin  üzvü Nəriman Əliyev yüksək bal toplamış tələbələri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tələbələrdən  685 bal toplamış Masallı şəhər 3 saylı tam orta məktəbin məzunu Gulay Seyfullayeva, 675 bal toplamış Hişkədərə kənd tam orta məktəbin məzunu Ağaəli Ağayev, 650 bal toplamış Dəfinə məktəb liseyinin məzunu Faiq İsazadə və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qazandıqları uğurlarına görə müəllimlərinə öz dərin minnətdarlıqlarını bildirərək bundan sonrada daha yüksək uğur qazanacaqlarına söz verdilər.

Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 650–dən yuxarı bal toplamış 6 nəfərə - Gulay Seyfullayevanı, Ağaəli Ağayevi, Faiq İsazadəni, Şahin Əsgərovu, Gültac Qurbanlını və Nəzrin Soltanlını rayon İcra hakimiyyətinin Fəxri fərmanları ilə təltif etdi.

Ümumilikdə 39 tələbə xüsusi mükafatla mükafatlandırıldılar.

Keçidlər