“Müstəqilliyimiz əbədidir!” - Masallı şəhər Heydər Əliyev Mərkəzində tarix dərsi
17 oktyabr 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir!” mövzusunda Masallı şəhər 2 saylı məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Tarix dərsi keçirildi.Tarix müəllimi 18 oktyabr Dövlət Müstəqilliyinin ildönümü
ilə əlaqədar geniş məruzə edərək bildirmişdir ki,1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.1993-cü ildən başlayaraq Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünki uğurları üçün ən etibarlı təməl oldu.Azərbaycanın müstəqilliyi,əbədiliyi və dönməzliyi Ümümmilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.Sonda Mərkəzin 3D kinozalında “Heydər Əliyev və Müstəqil Azərbaycan”adlı videoçarx nümayiş etdirildi.