Masallı rayonunda “Bilik günü ” sevinci
16 sentyabr 2013-cü il tarixdə Masallı rayonunda “Bilik günü” münasibəti ilə bir sıra silsilə açılış tədbirlərə həyata keçirilmişdir. Rayonda bilik günü münasibətilə 5 orta məktəbin (Xıl, Kəlbəhüseynli,Öncəqala, Kosakül və Allahyarlı) açılışı olmuşdur.
Belə ki, ilk olaraq açılış mərasimləri Xıl kənd tam orta məktəbindən başladı. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Astan İbişov açaraq tədbir iştirakçılarını salamladı. Sonra məktəbin direktoru Aybəniz Qafarova, Milli Qəhrəman atası Eynulla Eynullayev, Tarix elmləri doktoru Musa Quluzadə və sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdi. Üç mərtəbədən ibarət olan 640 şagird yerlik məktəbin rəmzi lentini rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və şəhid atası Eynulla Eynullayev kəsdi.
Növbəti açılış Kəlbəhüseynli kənd tam orta məktəbində baş tutdu. Burda da ənənəvi olaraq tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Astan İbişov açdı. Məktəbin direktoru Afət Əkbərova, valideynlərdən Elmira Həsənova, Milli məclisin üzvü Nəriman Əliyev və sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdilər. İki mərtəbədən ibarət 220 şagird yerlik məktəbin rəmzi lentini rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kəsdi.
Tədbir Öncəqala kənd tam orta məktəbi ilə davam etdi. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Astan İbişov açdı. Məktəbin direktoru Elmira Zeynalova, kənd ağsaqqalı Ərbab Mehrəliyev, Milli Məclisin üzvü Elmira Axundova və sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdilər. İki mərtəbədən ibarət 360 şagird yerlik məktəbin rəmzi lenti Rafil Hüseynov kəsir.
Ənənəvi tədbir Kosakül kənd tram orta məktəbi ilə davam etdirildi. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Astan İbişov açdı. Məktəbin direktoru Mənsim Mənsimov, kənd ağsaqqalı Məmmədhüseyn Məmmədov, Milli Məclisin üzvü Nəriman Əliyev və sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdilər. İki mərtəbədən ibarət 180 şagird yerlik məktəbin rəmzi lentini rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin üzvü Nəriman Əliyev kəsir.
Son tədbir isə Allahyarlı kənd ibtidai məktəbində baş tutur. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Astan İbişov açdı. Məktəbin rəhbəri Güloğlan Məmmədov, kənd ağsaqqalı Baldadaş Şahbazov və sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış etdilər. Bir mərtəbədən ibarət 80 şagird yerlik ibtidai məktəbin rəmzi lentini rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və “Elnur 2” şirkətinin rəhbəri Xudayar Rəhimov kəsir.