Masallı Dövlət Regional Kolleci Kolleclərlə bağlı keçirilən virtual sorğuda ikinci yeri tutub
Məktəbguşəsi.az təhsil portalının keçirdiyi daha bir virtual sorğu başa çatdı. Bir ay ərzində davam edən sorğunu keçirməkdə məqsəd kolleclərin ətrafında gedən söz – söhbətin cəmiyyət və kolleclər tərəfindən necə qarşılanması idi. Bütün bunları nəzərə alaraq Məktəbguşəsi.az-ın keçirdiyi, virtual sorğu vasitəsi ilə “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğu başa çatdı. Nəticələrə görə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (52%, 4.414 Səs) birinci, Masallı Dövlət Regional Kolleci (11%, 915 Səs) ikinci yeri tutub.
Masallı Dövlət Regional Kollecinin mövcud olduğu 4 ildə məktəbin uğurları ildən-ilə artır. Kollecin ilk buraxılışı olan məzunlar hazırda ayrı-ayrı istehsalat sahələrində uğurla çalışırlar. Bu günlərdə Kollecin ünvanına daha bir şad xəbər gəlmişdir.
Bu münasibətlə Masallı Dövlət Regional Kollecində keçirilən yığıncağda geniş danışılmışdır. Yığıncağı Kollecin direktoru Vidadi Nəzərov açıb təhsil ocağı haqqında geniş məlumat vermiş, göstərmişdir ki, ilk ili 10 tələbə ilə təhsilə başlayan Kollecdə bu gün ölkənin əksər regionlarından tələbələr təhsil alır.
Məktəbguşəsi.az təhsil portalının rəhbəri və təsisçisi Məzahir Məmmədov göstərmişdir ki, Kolleclərlə bağlı keçirilən virtual sorğuda 37 kollec barədə ictimaiyyətin rəyi alınmış, 915 səslə 4 yaşlı Masallı Dövlət Regional Kolleci on illərlə fəaliyyəti olan məktəbləri üstələmiş və ikinci yeri tutmuşdur.
Təhsil eksperti Nadir İsrafilov portalın suallarının ictimai rəyin öyrənilməsinə, yerlərdən gələn təkliflərə hədəfləndiyini bildirib, kolleclər arasında qazandığı uğura görə Kollecin rəhbərliyinə mükafat təqdim etmişdir.
“Masallı ziyalıları” İB-nin sədri Qardaş Fətullayev bu uğurun Kollec rəhbərliyinin, müəllim heyətinin fəlaiyətinin nəticəsi kimi dəyərləndirmişdir.
Portalın redaktor müavini Nəzirməmməd Ağayev portalın fəaliyyəti və məqsədi barədə məlumat vermiş, uğura görə masallıları təbrik etmişdir.
Yığınscağı Kollecin direktoru V.Nəzərov yekunlaşdırmış, tələbələrin sualları cavablandırılmışdır.