Masallıda “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi" mövzusunda konfrans
30 oktyabr 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması məqsədilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov çıxış edərək "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Masallı rayonunda da gənclərin ictimai-siyasi fəallığının artırılması, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirdi ki, Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır.
Sonra Tədbirdə gənclərdən Elmin Məmmədov və Zeynəb Ağayeva çıxış edərək Azərbaycanda dövlət tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini vurğulamış, ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərin rolunu diqqətə çatdırmışlar.
Sonra 30-dan artıq gəncin iştirak etdiyi konfransda Beynəlxalq dərəcəli biznes təlimçisi Rafət Şirəliyev tərəfindən sahibkarlıq və məşğulluq imkanlarının artırılması aid təlim keçirildi,
Sonda gəncləri maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı.