Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilmişdir

31 oktyabr 2018 | 16:00

31 oktyabr 2018-ci il tarixdə Masallı Dövlət Regional Kollecində “Narkomaniya və zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilmişdir.

Rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, kollecin müəllim və tələbələrinin, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə haqqında söhbət gedən zərərli vərdişlərə münasibət ifadə edildi.
Tədbiri giriş sözü ilə açasn kollecin direktoru Vidadi Nəzərov bildirib ki, gənc nəsildə narkomaniya və zərərli vərdişlər haqqında düzgün təsəvvürün yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması hər birimizin ən ali məqsədinə çevrilməlidir.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında qeyd edib ki, ölkəmizdə, o cümlədən Masallıda narkomaniya, dini radikalizm və erkən nikah hallarına qarşı mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri də fəal iştirak etməlidirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Baba Həsənov və başqaları narkomaniya, dini radikalizm və erkən nikahın törətdiyi fəsadlardan danışıblar.
Maraqlı müzakirələr şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər