Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yeniyetmələr arasında “Xəmsə ” İntellektual bilik yarışması keçirilmişdir

26 sentyabr 2013 | 15:00

24-25 Sentyabr  2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində  “Xəmsə ”- Milli İntellektual Oyunu üzrə 14-17 yaşlı Yeniyetmələr  arasında            III Azərbayca Çempionatına hazırlıqla əlaqədar olaraq  Masallı rayon seçim turu keçirilmişdir. Yeniyetmə və gənclərin intellektual səviyyəsinin, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmi nüfuzunu artırmaq, eləcə də asudə  vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının müvafiq bəndləri üzrə qarşıda duran vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq iştirakçılara uğurlar diləmişdir.

      Gərgin keçən  bilik yarışmasında 34 komandadan  228 nəfərin  iştirak etdiyi oyunda I yerə Bala Kolatan kənd tam orta  məktəbinin komandası, II  yerə Kəlbəhüseynli kənd tam orta məktəbinin  komandası , III yerə isə Qəriblər kənd tam orta məktəbin komandası  layiq görülmüşdür. Fəallığına görə isə Digah 4 saylı tam orta məktəbin komandası  diplomla təltif edilmişdir.

     Rayonun seçim turunda  qalib gəlmiş bütün komanda üzvləri  Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Keçidlər