Şriftin ölçüsü :

Saytın rəngi :

Masallılı idmançı İtaliyada tarix yazdı

03 noyabr 2018 | 16:00

Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması mötəbər beynəlxalq yarışlarda qazanılan parlaq qələbələrin bu idman növü üzrə də davam etdirildiyini göstərir.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar. Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə ( 21-28 oktyabr 2018-ci il ) ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir. O, bu mötəbər yarışda BC 4 kateqoriyasında yarımfinalda sloveniyalı rəqibinə 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə idmançımız Ukrayna təmsilçisinə 4:1 hesabı ilə qalib gələrək turnirin qızıl medalına sahib olub. Qeyd edək ki, bu, boccia idman növü üzrə Paralimpiya milli komandamızın beynəlxalq yarışda qazandığı ilk medaldır.
Bəhruz Şakir oglu Mirzəyev 8 aprel 1988-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub . Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitir ib . 2016-cı ildə bossia idman növü ilə məşğul olmağa başlayıb. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan çağdan qoşulub. Federasiyanın baş katibi, Milli komandanın baş məşqçisi İlham Məhərrəmov başda olmaqla Boccia ailəsi yeniyetmə yaşlarından əlil arabasına məhkum olan ( miopatiya-əzələ zəifliyi xəstəliyi) Bəhruza sağlam gələcəyinə dair böyük ümid verib. 3 dəfə ölkə birinciliyində iştirak edən bossiaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusiyanın Minsk şəhərində təlim-məşqlərdə iştirak edib. İspaniyada ke ç irilən açıq regional ç empionat ın da 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandas ı ilə yoldaşlıq görüşündə ( 28 dekabr 2017-ci il ) 3-cü yerin sahi bi ol ub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandaları arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz Mirzəyev qızıl, m illimiz isə komanda yarışında bürünc medala layiq görülüb.
Bəhruz deyir ki, bu oyuna qoşulandan sonra, gördüm ki, fiziki məhdudiyyət bildiyim kimi deyil. Elə bir adam var cisminə, vücuduna baxırsan sağlamdı, amma nə dövlətinə, nə valideyninə, heç kimə xeyir vermir. Şükür Allaha ki, mən az da olsa özümü göstərə bilirəm.
Beynalxalq Boccia Federasiyasının baş hakimi  Bəhruz Mirzəyevlə şəkil şəkdirərkən ona belə deyib: Hakimin səhvi üzündən qalib olduğun oyunu məğlub olaraq 3-cü setdən özündə güc tapıb oynamaq və qalib gəlmək əzmi hər idmançıda olmur. Sən artıq bir cox idmançılar üçün qorxulu rəqibsən.
Boccia idmanı üzrə Milli Komandanın 30 yaşlı üzvü B.Mirzəyev daha böyük nailiyyətlər uğrunda mübarizə aparır. İtaliyada tarix yazan bossiaçı arzu edir ki, gələcəkdə də Azərbaycanımızın bayrağını yüksəklərə qaldırsın, zirvələrdə dalğalandırsın. Bəhruz “Tokio 2020”-də ona olan ümidləri doğruldacağına əmindir.

Keçidlər