Şriftin ölçüsü :

Saytın rəngi :

Bədəlan kəndi ərazisində yanğın törətməkdə şübhəli bilinən şəxs tutuldu

03 noyabr 2018 | 16:00

Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 29-da baş verən yanğın nəticəsində evin 100 kvadratmetrlik hissəsi əşyaları ilə birlikdə yansa da, xəsarət alan olmayıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
T.Həsənovun oktyabrın 19-dan 31-dək olan müddətdə həmkəndliləri - qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçidlər