Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda multikulturalizm və tolerantlıq

05 noyabr 2018 | 16:00

Azərbaycanda multikulturalizm və tolerantlıq dünya üçün bir örnəkdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının bu istiqamətdəki müvafiq tədbirlər planına uyğun olaraq rayon ağsaqqallar şurasının H.Həşimov adına Qasımlı kənd tam orta məktəbində keçirilən yığıncaqda bu barədə geniş danışılmışdır.
Tədbiri giriş sözü ilə açan ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev ölkəmizdə multikulturalizm dəyərlərə böyük qiymət verildiyini, tolerantlıq mühitini gündəmə gətirmiş, Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunun dünyamız üçün dəyərindən danışmışdır.
“Yeni həyat” qəzetinin baş redaktorunun müavini Rəsul Rzayev, Yeddioymaq ərazisi ağsaqqallar şurasının sədri Eyvaz Məcidov,
Qasımlı kənd tam orta məktəbinin direktoru Gülhəsən Məmmədov, müəllimlər İdrak Əkbərov, Əlövsət Salamov, Surət Nuriyev, Ədalət İsayev, İsmayıl Kərimov, Rafael Cəfərov, Rəhman Muxtarov, Yeddioymaq kənd orta məktəbinin müəllimi Ramiz Şamıyev çıxışlarında bildirmişlər ki, Bakıda keçirilən Forum ölkəmizin dünyada böyük nüfuzunun təsdiqidir.
Tədbirin ikinci hissəsində yazıçı-publisistlər Ə. Niftiyev və R. Rzayevin təqdim olunan əsərlərinə, Biologiya üzrə fəlsəfə doktoru Sabir Abuşoğlunun (Fərəcov) elmi fəaliyyətinə münasibət bildirilmişdir.
Sabir Abuşoğluna rayon ağsaqqallar şurasının Fəxri fərmanı təqdim olunmuşdur.
Yazıçılar məktəb kitabxanasına kitablar hədiyyə etmişlər.

Keçidlər