Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonu Qızılağac kəndində uşaq bağçasının açılışı

29 sentyabr 2013 | 15:00

28 sentyabr 2013-cü il tarixdə Masallı rayonu Qızılağac kəndində Azad Xanmuradov adına Qızılağac kənd uşaq bağçasının açılışı olmuşdur. Açılışı giriş sözü ilə Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şamil Məmmədov açaraq tədbir iştirakçılarını salamlamış, bağça kollektivini açılış münasibəti ilə təbrik etmişdir. Tədbirdə bağçanın müdirəsi Məlakə Məmmədova,  valideynlərdən Kəmalə Həsənova və başqaları çıxış edərək bağçanın əsaslı təmir edilərək uşaqların ixtiyarına verilməsindən məmnunluğunu bildirdilər və körpələrə olan diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdilər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlamış və bağçanın əsaslı təmir olunmasını dövlət başçısının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aparıldığını qeyd etmişdir.

Sonda ənənəvi olaraq rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov qırmızı lenti kəsərək bağçanın otaqlarını gəzmiş və əsaslı təmirdən sonra bağçanın vəziyyəti ilə tanış olmuşdur.

Keçidlər