Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu

08 noyabr 2018 | 16:00

08 noyabr 201 8 -ci il tarixdə Masallı şəhər Bayraq Meydanında 9 noyabr-Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak etmişdir.
Bayram tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrik çıxışı ilə başlanmışdır.
Rayon rəhbəri vurğulamışdır ki, Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyi xüsusi vurğulanıb.
Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, Azərbaycan Prezidentinin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edilib.
1996-ci ilin fevralın 6-da H. Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu gün ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyev Konstitusiyada qeyd edilmiş prinsip və ideyalara, Konstitusiya qanunlarının tələblərinə sadiq qalaraq respublikamızda hüquqi dövlət quruculuğu prosesini inamla və uğurla davam etdirərək Azərbaycanı işıqlı gələcəyə doğru aparır.
Bildirilib ki, bu il yalnız Azərbaycanın Dövlət bayrağının 100 illiyi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin, Bakının yadellilərin işğalından azad edilməsinin də 100 illiyi qeyd olunur. Bu dövr bizim üçün çox şərəfli dövrdür.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev məruzə etmişdir.
Qeyd edliib ki, bayraq hər bir dövlətin varlığını göstərən mühüm atributdur. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir.
Məruzədə dünya tarixində ilk şifahi və yazılı qanunların necə yaranmasından, Azərbaycan ərazisindəki dövlətlərin qanunlarından, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12-də, 26 sentyabr 2016-cı ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasından ətraflı bəhs edilib.
Natiqlər iştirakçıları hər iki mötəbər gün münasibətilə təbrik etmişlər.
Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,   “ASAN Xidmət” Mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi Orxan Dadaşov, Aprel döyüşçüsü Əziz Cankişizadə əlamətdar günlərlə bağlı çıxış ediblər. Azərbaycan gənclərinin bayrağın dəyərini bilməsini vacib sayan çıxışçılar əlavə ediblər ki, Aprel döyüşlərində əsgərlərimiz şəhid olsalar da, onların hədəfləri işğal altındakı ərazilərimizdə üçrəngli bayrağı qaldırmaq olub.
Tədbir bayrağımız və konstitusiyamız haqqında Masallı Dövlət Regional Kollektivinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi, Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi, eləcə də solistləri Miriş Hüseynov, Məlahət Əzizli, Atamoğlan Zahidov, Şamo İbayev, Aysel Məhərrəmovanın, “Masallı” rəqs kollektivinin çıxışları ilə başa çatıb.

Keçidlər