Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş

13 noyabr 2018 | 16:00

13 noyabr 2018-cı il tarixdə Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində iştirak edəcək məktəblilər və onları müşayiət edəcək şəxslərlə görüş keçirilmişdir.

Tədbirdə rayon ictimaiyyətinin nünayəndələri, müəllimlər, məktəblilər və onların valideynləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov iştirakçıları salamlamış və diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixdə rayonumuza səfərinin yekunlarına və qarşıda duran vəzifələrə cəlb etmişdir. Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. R.Hüseynov geniş nitqində rayonda bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən və bu işlərini davamından danışmışdır.
Cənab R.Hüseynov daha sonra bildirmişdir ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
4 il ərzində keçirilən tur -aksiyalar zamanı Masallı rayonundan 3 istiqamət üzrə 4 tur aksiyada ümumilikdə 120 məktəbli iştirak etmişdir.
14-17 noyabr 2018- ci il tarıxdə təşkil olunacaq tur-aksiyada Masallıdan 40 məktəblinin içtirakı nəzərdə tutulmuşdur. 40 şagirdin 16 nəfəri qız, 24 nəfəri oğlandır. Tur-aksiyada respublika fənn olimpiadasının qalibləri, fəal idmançılar da iştirak edəcəklər.
İcra başçısı qeyd etmişdir ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Tədbirdə çıxış edən Masallı şəhər ağsaqqallar şurasının sədri, Əməkdar müəllim, "Tərəqqi" medallı Mirqabil Hüseynov, valideyn Ramil Həsrətli, Binə Xocavar kənd orta məktəbinin şagirdi İqrar Feyzullayev, Ərkivan qəsəbə 1 nömrəli orta məktəbinin müəllimi Zülfiyə Axundova və başqaları ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə minnətdarlıq bildirmişlər.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, Dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, regionların sosial-iqtisadi inkişafına dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu da inkişaf etmiş və gözəlləşmişdir.
Prezident Administrasiyasının məsul işçisi səfərə çıxanlara uğurlu yol arzulamışdır.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov yekunlaşdırmış, səfərə çıxanlara uğurlu yol arzulamış, gənclərə Masallının adını uca tutmağı tövsiyə etmişdir.

Keçidlər