Kürdəbaz kəndinə mavi qaz verildi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.
Belə ki, 26 sentyabr 2013-cü il tarixdə Qarğalıq ərazisinin Kürdəbaz kəndində 135 abonentə təbii qaz verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Kürdəbaz kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Veteran müəllim bayram Zamanov, kənd sakini müəllim Ağanənə Məmmədova və başqaları çıxış edərək möhtərəb Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı R. Hüseynov təbii qaz verilməsini nümayiş edən mavi alovu alışdırmışdır.