Masallıda "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" devizi altında tədbir
16 noyabr 2018-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Yeni Azərbaycan Partiyası-26: xalqa, dövlətə xidmət nümunəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir YAP Masallı rayon təşkilatının akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev acmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bu əlamətdar gün münasibəti ilə tədbir iştirtakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
Rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında diqqəti ölkəmizin əldə etdiyi uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə çəkib. Bildirib ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.
YAP Masallı rayon təşkilatının Şura üzvü Əfrail Fərziyev çıxış edərək bildirdi ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi: “Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. Xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir"
Şatıroba ərazi ilk partiya təşkilatının sədri Ülviyyə Səfərova çıxış edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bu gün cənab Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyası 26 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Xalqa, vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir.
Gənc YAP üzvü Əziz Cankişizadə çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda gənclər siyasəti həqiqətən də, çox böyük əhəmiyyətə malikdir: “Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Tərəqqe medallı əməkdar müəllim Mirqabil Hüseynov, veteran YAP üzvlərindən Rafiq Bağırov və başqaları çıxış edərək partiyanın partiyanın yaranma tarixindən danışıb və xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs ediblər.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP Masallı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.