Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ağacəkmə kampaniyası

17 noyabr 2018 | 16:00

17 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə  Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə kampaniyası keçirilməsi əlaqədar Masallı rayonunda əks-səda verib. Yaşıllaşdırma marafonu çərçivəsində Masallıda da iməcilik keçirilib.
Kampaniyaya  ilk başlayan Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri olmuşdur. Beş yüz nəfər aksiya iştirakçısı Kollecin həyətindən Viləş çayının sahilində onlar üçün ayrılan əraziyə yola düşmüşlər. 1000 ədədə qədər Çinar və Çin Xalq Respublikasından gətirilmiş tut ağacı əkilib.
İlk tingin xeyir-duasını bu təşəbbüsə uğurlar arzulayan Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı vermişdir.
İlk tingdən sonra ağaclar sıra ilə basdırılmış, nazik taxta dayaqlara zərif parça ilə bağlanıb.
Yaşıl ağaclar basdırılan cərgələr göz oxşayırdı. Ölkənin müxtəlif regionlarından Kollecdə təhsil alan tələbələr Masallıda onlardan yadigar qalacaq ağac əkinində fəal iştirak etdilər.
Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov dedi ki, indiyədək Kollecimiz rayonun ictimai həyatında fəal iştirak etmişdir. Bu gün rayonun yaşıllaşdırılmasında əməyimiz olduğuna görə fərəh hissi keçirirk.
Noyabrın 17-si günüTüklə, Hişkədərə, Türkoba, Bədəlan, Qızılavar məktəbliləri də ağacəkmə aksiyasına qoşulmuşlar.
İməcilk zamanı həmçinin əvvəllər əkilən  ağac və bəzək kollarına, yaşıllıqlara  da qulluq göstərilib, səliqə-sahman yaradılıb.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi İntiqam Bağırov demişdir ki, bu gün əkilən tut ağacları həm də rayonda baramaçılığın inkişafına stimul olacaqdır. Bu münasibətlə rayona  Kənd Təsərrüfatı və Ekologiya Nazirliklərinin xətti ilə 40 min ədəd tut ağacı gətiriləcəkdir.

Keçidlər