Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən, Kəlbəcər rayonlarının məktəbliləri Masallı səyahət ediblər.

20 noyabr 2018 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Bakının Suraxanı, Xəzər, Pirallahı və Qaradağ, eləcə də Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən, Kəlbəcər rayonlarının məktəbliləri və onların müəllimləri Lənkəranla tanışlıqdan sonra noyabrın 20-də Masallı və Astara rayonlarına səyahət ediblər.

Masallıda humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Aybəniz Qafarova Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində Masallıda görülən işlər barədə məktəblilərə məlumat verib.

Tur-aksiyanın iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.

Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər. Onlar, həmçinin Masallıdakı Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi və Masallı Sənaye Məhəlləsinə də səfər ediblər.

Keçidlər