Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qızlarımız təhsildə” layihəsinə yekun vurulub

22 noyabr 2018 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Mahmudavar kənd tam orta məktəbinin həyata keçirdiyi “Qızlarımız təhsildə” layihəsinə 21 noyabr 2018-ci il tarixdə mətbuat konfransı ilə yekun vurulub.

Masallı şəhər 3 nömrəli tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə təhsil işçiləri, valideynlər və KİV nümayəndələri iştirak edib.
Mətbuat konfransı layihə çərçivəsində görülmüş işlərdən bəhs edən qısametrajlı videoçarxın nümayişilə başlayıb.
Sonra Mahmudavar kənd tam orta məktəbinin direktoru, layihə rəhbəri Kinəxanım Əliyeva çıxış edərək qonaqları salamlayıb və layihə haqqında məlumat verib. O, bildirib ki, layihənin məqsədi hansı səbəbdən olursa-olsun valideynləri tərəfindən təhsildən yayınan qızların yenidən təhsilə cəlb olunması və diqqətdə saxlanmasıdır. Layihənin birinci mərhələsində hədəf olaraq seçilmiş 20 kənd (Xırmandalı, Məmmədxanlı, Ərəb, Qarğalıq, Köçəkli,Təkdam, Öncəqala, Hacıtəpə, Qızılağac, Həsənli, Qızılağac, Çaxırlı, Sığıncaq, Böyük Təklə, Kəlbəhüseynli, Bala Təklə, Səmidxanlı, Sərçuvar, Təzəkənd) məktəblərində seminarlar həyata keçirilib. Seminarlarda ümumi olaraq 412 məktəbli qız iştirak edib.
Layihənin ikinci mərhələsində seminarlardan seçilmiş (hər məktəb üzrə 2 fəal) 40 fəal qız Masallı rayon Heydər Əliyev Mərkəzinə, SYSLAB Masallı Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Dövlət Rəmzləri Muzeyinə, yenicə istifadəyə verilmiş Sənaye Məhəlləsinə, ASAN Xidmət Mərkəzinə, ABAD layihəsinin ofisinə, Xalçaçılıq Mərkəzinə, ASAN İntelektual Mərkəzinə və s. mərkəzlərə bir günlük ekskursiyaya cəlb edilib.
Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev qızların təhsilə cəlb olunması üçün həyata keçirilən layihənin çox vacib məsələləri özündə əks etdirdiyini qeyd edib, layihənin davamlı olmasını arzulayıb.
Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, layihənin eksperti Rəşad Dadaşov, layihənin təlimçisi Rafət Şirəliyev öz fikirlərini bildiriblər.
Sonda layihə çərçivəsində çəkilmiş “Sonradan” adlı sosial çarx təqdim olunub.

Keçidlər