Şriftin ölçüsü :

Saytın rəngi :

Musaküçə-Lürən avtomobil yolunun açılışı

05 oktyabr 2013 | 15:00

04 oktyabr 2013-cü il tarixdə ümumi uzunluğu 5,3 kilometr olan Musaküçə-Lürən yolunun açılışı olmuşdur.

Təbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər. Əvvəlcə kənd ağsaqqalarından Balakərim Yaqubov, Xeyrulla Babayev, kənd ziyalılarından Canəli Sadıqov, Ağamməd Nuriyev və başqaları çıxış edərək kənddə yeni yolun çəklişinə və kənddə görülən digər abadlıq-quruculuq  işlərinə görə rayon rəhbərliyinə və ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçılarını  kənddə yeni, müasir yolun çəkilişi münasibətilə təbrik edən rayon İcra hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxış edərək vurğulamışdır ki, bu gün Respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu genişmiqyaslı işlər Masallı rayonunda da heyata keçirilir. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.

Sonda kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər və qarşıdan gələn Prezident seçkilərində alternativi olmayan namizəd, İlham Əliyev cənablarına səs verəcəylərini bildirmişlər.

Sonda rəmzi lent kəsilmişdir.

Keçidlər