Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Turizm sahəsində Biznesin qurulması ” mövzusunda təlim-seminar

27 noyabr 2018 | 16:00

  27 noyabr 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə  gənclər arasında  “Turizm sahəsində Biznesin qurulması ” mövzusunda  təlim-seminar keçirilib

Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, Ulu öndər Heydər Əlyevin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına geniş imkan yaratmışdır. Hazırda bu siyasətin uğurlu davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Azərbaycan artıq beynəlxalq səviyyədə turizm imkanlarını təqdim etməyə qadir bir ölkəyə çevrilmişdir.  
           Tədbirdə Beynəlxalq dərəcəli Təlimçi Rafət Şirəliyev və Turizm sahəsi üzrə Bələtçi Nemət Əliyev  tərəfindən 25 nəfərə  yağın gəncə Turizm sahəsində biznesin qurulması  mövzusunda gənclərin bilk və bacarıqlarının təkminləşdirilməsi üzrə təlimlər keçirildi, onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı 
          Sonda gənclərin  mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Keçidlər