Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu” mövzusunda dəyirmi masa

29 noyabr 2018 | 16:00

  29 noyabr  2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon  Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə “Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında dövlət rəmzlərinin rolu” mövzusunda  dəyirmi masanın  keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  bildirdi ki, Gənclərin vətənpərvər ruhda böyüməsi üçün dövlət rəmzlərinin təbliğinə  böyük ehtiyac duyulur. Hələ körpə yaşlarından bu ruhda köklənən gənc nəsldə vətənpərvərlik hissinin formalaşması şübhəsizdir. Tarixi mənbələr, maddi mədəniyyət və incəsənt abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri mövcud olmuşdur.   Bu gün isə  Müasir Azərbaycan gənclərinə dövlət rəmzlərinin təbliğ olunması,  yetişməkdə olan gənc nəsilin Azərbaycanın Dövlət rəmzlərinə hörmət, sevgi, məhəbbət və ehtiram hissi formalaşmasında mühüm rol oynayır. Bu gənclərlə bağlı dövlət siyasətinin böyük uğurlarındandır. Çünki, Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin gənclər arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi onların vətənpərvərlik ruhunun artirilmasinda müstəsna əhəmiyyət kəsb edir.
           Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov  çıxış edərək  bildirdi ki, Dövlət atributlarının gənclər arasında təbliği onların vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə xidmət edir. Odur ki, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün dövlət atributlarının təbliği cəmiyyətin bütün üzvlərinin işi olmalıdır. İlk öncə bu sahədə aparılan iş əsasən ailədən başlanmalı və tədrislə, təhsillə qədər davam etdirilməlidir. Vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Azərbaycan xalqının təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız ruhən vətənpərvərdir. Tədrisin, tərbiyənin bu işdə əlavə əhəmiyyəti vardır. Çünki müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi, təhsili bu günki təhsil sistemində təlim-tərbiyə işini necə qurmağımızdan, milli müstəqilliyimizin atributlarına dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır.
Tədbirdə  gənc müəllimlərdən Gülər Əsgərova , Tural Əhmədov   və başqaları çıxış edərək bildirdilər ki, Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin gənclərin gələcək həyatında müstəsna rol oynayır. Onların bir vətənpərvər , xalqını , millətini sevən gənc kimi formalaşmasına kömək edir

Keçidlər