Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində Bioloyi Təbabət Klinikasının açılışı

01 dekabr 2018 | 16:00

01 dekabr 2018-ci il tarixdə Masallı şəhərində Bioloji Təbabət Klinikasının aşılışı olmuşdur.
Tədbiri İnsan Resursları Departamentinin rəhbəri Təranə Mahmudova açmışdır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxış edərək qonaqları və klinikanın kollektivini RİH başçısı cənab Rafil Hüseynovun adından salamlamış və tədbir iştirakçılarını təbrik etmişdir.
Tibb elmləri doktoru, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin Prezidenti, Professor Fikriyyə İbrahimli, bioloyi təbabət üzrə almaniyalı mütəxəssis, vertebroloq doktor Herxard Raysa, xanım Jennifer Kehlbeçk, Yelena Nekrasova, Bioloyi Təbabətin Azərbaycanda özəl klinikaların yaradılmasının ideya müəllifi Elxan Yaqubov və başqaları çıxış edərək Masallıda yeni səhiyyə ocağının açılması ilə əlaqədar kollektivi və tədbir iştirakçılanı təbrik etmişlər.
Bioloji Təbabət Klinikasının rəmzi lenti kəsilmiş, qonaqlar buradakı iş şəraiti ilə tanış olmuşlar.

Keçidlər