Masallıda cənub rayonlarında yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım
01 dekabr 2018 | 16:00
01 dekabr 2018-ci il tarixdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı ailələr üçün ödnişsiz hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar Bakı şəhər 14 nömrəli vəkillər bürosunun işçiləri Masallı şəhərindəki Mədəniyyət Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərmişlər.Hüquqi tədbirdə Masallı, Yardımlı, Lənkəran, Lerik, Cəlilabad və digər rayonların sakinləri iştirak etmişlər.