Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi

03 dekabr 2018 | 16:00

03 dekabr 2018-ci il tarixdə  Masallı Rayon İcra Hakimiyyətinin və əlaqədar təşkilatların nümayəndələri rayonda bir qrup əlilin evlərinə baş çəkmişlər.

Əlillərlə görüşdə Masallı RİH başçısının İctimai-siyasi və humanitar məsələlər baş məsləhətçisi Qəşəm Hadıyev qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı cənab İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
Q.Hadıyev bildirib ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, 13 fərdi evlər inşa olunub.
Digah küçəsinin sakini, birinci qrup əlil Şəlalə Mirzəməmməd qızı Mehdiyeva və Ceyran Firudin qızı Quliyeva, Masallı şəhəri Qarabağ küçəsinin sakini Aminə Alman qızı Ağayeva və başqaları əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Həmin gün ümumilikdə 8 yataq xəstəsi ilə görüş keçirilmişdir. Görüşdə Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov və başqaları da iştirak etmişlər.
Sonda fiziki məhdudiyyətli insanlara yardım  göstərilmişdir.

Keçidlər