Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri

06 dekabr 2018 | 16:00

06 dekabr 2018-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib.
Rayon Mədəniyyət evində təşkil olunan t ədbirdə rayon icra hakimiyyətinin , rayon polis idarəsinin , təhsil şöbəsinin məsul işçiləri,   eləcə də müəllim və məktəblilər, narkoloq və psixoloqlar , KİV nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova RİH başçısı Rafil Hüseynovun adından iştirakçıları salamlayıb, DİN-nin rəhbərliyinə minnətdarlıq ifadə edib.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Əkbər Əkbərov tədbirin məqsədi və müzakirəyə çıxarılan mövzulardan danışıb. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikalyönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edən polis polkovnik-leytenantı törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı RİHB Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov, narkoloq-həkim Rasim Əzizov, rayon qeydiyyat şöbəsinin müdiri İlqar Məhərrəmov, “Tərəqqi” medallı pedaqoq Abusət Hüseynov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Əkbərzadə və başqaları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Dini radikalizm” mövzularında çıxışlar ediblər. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyü vurğulanıb.
Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Keçidlər