Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda FHN-nin seminar-müşavirəsi

06 dekabr 2018 | 16:00

06 dekabr 2018-ci  il tarixdə Masallı RİH başçısı aparatında Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Masallı Rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirmişdir.

Masallıda mülki-müdafiə işinin vəziyyəti, həyata keçirilən tədbirlər, idarə-müəssisələrdə bu vacib işə münasibət, sığınacaqların təşkili barədə bilgilər verilən seminarda ərazi  nümayəndələri, bələdiyyələr, məktəb, idarə, müəssisə rəhbərləri, xidmət təşkilatı əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev açmış, tədbirin məqsədi barədə məlumat vermişdir.
Cənub Regional Mərkəzinin MM qərargahının şöbə müdiri Renad Nuriyev yerlərdə mülki müdafiə tədbirlərinin aparılması ilə əlaqədar yığıncaq iştirakçılarına tövsiyələr vermiş, yoxlamalar vaxtı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasından danışmışdır.
Masall Rayon Mülki müdafiə Qərargahının sədri Əyyar Burhanov rayonda keçirilən tədbirləri əhatə edən hesabat məruzəsi ilə çıxış etmişdir.

Keçidlər