Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans

10 dekabr 2018 | 16:00

10 dekabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədi ilə "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəiqəlik sükutla yad edildi
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.
Tədbirdə Masallı rayon Gəmnclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxış edərək bildirdi ki, Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir.
Tədbirdə Masallı şəhər Digah 4 nömrəli tam orta məktəbin müəlliməsi Rəqsanə Məmmədova , fəal gənclərdən Zəhra Cəfərova və başqaları çıxış edərək bildirdilər ki, ulu öndərimiz Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi Azərbaycançılıq məfkurəsi milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını əhatə edir. Məfkurəmiz humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə ehtiva edir. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var.

Keçidlər