Aztəminatlı ailələrə Qurbann bayramı münasibətilə sovqat paylanıldı
16 oktyabr 2013 | 15:00
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən qurban bayramı münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı göndərilmişdır.
Bu kateqoriyadan olan iki minə yaxın ailənin evlərində Rayon İcra Hakimiyyətinin nümayəndələri olmuş, şəhid ailələrinin, aztəminatlı ailələrin, Qarabağ əlillərinin və məcburi köçkünlərin problemləri ilə maraqlanmışlar.
Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri,, qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.