Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Dini radikalizmə qarşı mübarizə" mövzusunda seminar-müşavirə

14 dekabr 2018 | 16:00

13 dekabr 2018-ci il tarixd' Masallı şəhər Heydər Əliyev Mərkəzində “Dini qurumlar və gənclərin dini radikalizm və ekstremizmə qarşı mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə dindarların, ziyalıların, ağsaqqalların, ictimaiyyətin geniş diskusiyası şəraitində keçmişdir.

Seminar-müşavirəni RİH aparatının ictimai və humanitar şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov açmışdır.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində dini radikalizmlə mübarizə tədbirlərindən geniş danışmış, faktlar göstərmiş, dindarları, ziyalıları cəmiyyətdə səlahiyyəti olanları bu mübarizədə fəallığa çağırmış, məsləhət və tövsiyələrini vermişdir.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Mirqiyas Təhməzov, Masallı şəhər “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov, Banbaşı kənd məscidinin imam müavini Əzim Əzimov, Masallı şəhəri “Hacı Mirağa” məscidinin dini icmasının sədri, məscidin imamı Əliqulu Qardaşov, Eminli kənd məscidinin imam, Rəbbi Kərimov çıxışlarında bu sahədə görülən tədbirlərdən danışmışlar.

Seminar-müşavirənin iştirakçılarının sualları cavablandırılmışdır

Keçidlər