Masallıda payızlıq əkin davam edir
Masallı rayonunda müxtəlif növ kənd təsərrüfatı bitkilərinin payızlıq əkini davam edir. Aldığımız məlumata görə mövsüm başlanandan ərazilərdə 7210,5 hektar buğda, 2743 hektar arpa, 6,1 hektar kələm, 70,1 hektar sarımsaq, 52,1 hektar yonca əkilmişdir.
Digər əkinlər isə belədir: 47 hektar çiyələk, 37 hektar paxla, 95,7 hektar göyərti.
Payızlıq əkini adamların məşğuliyyətinə səbəb olmuşdur. 3245 nəfər buğda, 1234 nəfər arpa, 182 nəfər sarımsaq, habelə 136 nəfər çiyələk, 258 nəfər göyərti, 72 nəfər paxla əkinində iştirak edir.
Təklə, Çaxırlı, Qarğalıq, Həsənli, Ərkivan əraziləri buğda, Qızılağac, Viləş, Təklə, Mahmudavar əraziləri sarımsaq, Təzə Alvadı, Şərəfə əraziləri isə çiyələk əkinində fərqlənirlər.