ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda
15 dekabr 2018-ci il tarixdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıya səfər ediblər.
Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan USAİD-ın nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Səmimi söhbət şəraitində keçənörüş zamanı USAİD-in nümayəndə heyətinə Azərbaycanın əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2018-cı il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib. Ölkə rəhbəri həmin səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında da iştirak edib.
Qeyd edək ki, son illərdə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni inşa edilən yollardan biri də məhz Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətinin üzvləri - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Baş Ofisi Müdir Köməkçisi cənab Brok Bierman, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti və başqaları rayona səfərlərindən məmnunluqlarını bildiriblər.
Qonaqlar qeyd edib ki, bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycanla dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirik. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək istəyimizdir.
Sonra əməkdaşlıq imkanları müzakirə edilib.
Masallı RİH başçısı cənab Rafil Hüseynov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətini Masallıda qadınların əməyi ilə yaxından tanış edib. Onlar Masallı Sənaye Məhəlləsi, şəhərin "Qadın dünyası" ticarət - xidmət mərkəzində, Masallı şəhərində Rəşadə Əsədova və Təzə Alvadı kəndində hal-hazırda "ABAD"ın xətti ilə fəaliyyət gostərən Göyçək Əsgərovanın işi ilə əyani tanış olublar.
Masallı və görməli yerləri ilə tanışlıq qonaqlarda xüsusilə xoş təəssürat yaradıb.