Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat naminə narkotikə yox deyək”

20 dekabr 2018 | 16:00

20 dekabr 2018-ci il tarixdə Masallı rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar maarifləndirmə tədbirlərinin effektliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqəsdi ilə Dövlət Komissiyasının İşçi Qrupunun maarifləndirmə tədbiri keçirilib .
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətini, hüquq-mühafizə orqanlarının məsul işçiləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə respublika və rayon komissiyasının üzvləri, psixoloqlar, müəllim və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə  Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, İşçi qrupun məsul əməkdaşı Eldar Sadıqov, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayev, rayon prokurorunun müavini İlham Səlimov, şəhər poliklinikasının müdiri Rasim Əzizov, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov və başqaları çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb .
  Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb.

Keçidlər